İstifadəçi Qaydaları
Ümumi Müddəalar
1.1. Bu Razılaşmanın predmetini Razılaşmanın Hesab-Faktura Aktı əlavəsində qeyd olunan qiymətə uyğun olaraq seçilən uyğun xidmətin hazırlanması və təhvil verilməsi müddətindəki proseslər ilə əlaqədar münasibətlərin tənzimlənməsi təşkil edir.
1.2. “Sifarişçi” uyğun xidmətin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada uyğun xidməti göstərməyi öhdəsinə götürür.
1.3. Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Hesab-Faktura və Aktı ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair Hesab-Faktura Aktında qeyd edilir.
1.4. Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 5.2. bəndində göstərilən müddət ərzində həyata keçirilir.
2.1. Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi «Sifarişçi» tərəfindən verilir.
2.2. “İcraçı” “Sifarişçinin” sifariş verdiyi uyğun xidməti həyata keçirir (işi icra edir).
2.3. “İcraçı” Müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir.
2.4. “İcraçının” yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır.
3.1. “Sifarişçi”nin vəzifələri:
3.1.1. Xidmətin icra olunması üçün lazım olan vasitələrlə (materiallarla) təmin edib “İcraçı”nın sərəncamına vermək;
3.1.2. İşi icrasından sonra təhvil almaq;
3.1.3. Göstərilmiş xidmətin dəyərini ödəmək.
3.1.4. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini «İcraçı»ya ödəmək;
3.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.
3.2. “İcraçı”nın vəzifələri:
3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada “Sifarişçi”nin müəyyən etdiyi uyğun xidməti həyata keçirmək;
3.2.2. Göndərilən və alınan məlumatların gizliliyini qorumaq;
3.2.3. Xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək;
3.2.4. Xidməti düzgün qaydada yerinə yetirib “Sifarişçiyə” təhvil vermək;
3.2.5. Müştəri razılığı olmadan hazırlanan materialları ictimai qaynaqlarda paylaşmamaq.
4.1. Göstərilən xidmətlərin həcmi Tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
4.2. Xidmət haqqı “müəyyən xidmət dəyərində” manat olaraq müəyyən edilmişdir. Xidmət haqqında vergi və digər bank xərcləri daxil deyildir.
4.3. Hazırki Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
4.4. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.
4.5. Xidmət haqqının 50%-i Müqavilə imzalandıqdan sonra İcraçı tərəfindən təqdim ediləcək invoys və elektron qaimə əsasında Sifarişçi tərəfindən avans olaraq ödənilir.
4.6. Xidmət haqqının qalıq 50%-i isə İcarçı tərəfindən Müqavilə üzrə Xidmətlər tam təhvil verildikdən sonra təqdim ediləcək invoys və qaimə əsasında Sifarişçi tərəfindən 7 bank iş günü ərzində İcraçının Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə ödənilir.
4.7. Sifariş təsdiq olunduqdan sonra 3 gün ərzində xidmət sifarişi ləğv edilərsə, 50% ödənişin 25%-i Sifarişçiyə 7 iş günü ərzində geri ödənilir.
3 gün sonra ləğv edilərsə, geri ödəniş edilmir.
5.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən və təhvildən sonra qüvvəsini itirir.
5.2. Müqavilədə nəzərdə tutulan uyğun xidmət üzrə təyin olunan müddətdə həyata keçirilməlidir.
5.3. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər.
6.1. “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır.
6.2. “İcraçı”nın təqsiri nəticəsində və ya təsadüfən xidmət göstərməsi nəticəsində “Sifarişçinin” məlumat və fayllarının yayılması, itməsi və ya zədələnməsi riski icranın “Sifarişçi”yə təhvil verildiyi vaxtadək “İcraçı”nın üzərinə düşür.
6.3. “İcraçı” “Sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin məlumat və fayllarının yayılması, itməsi və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
6.4. Sifariş təhvil verildikdən sonra “Sifarişçi” tərəfindən məlumatların zədələnməsi və ya yaranan problemlərlə bağlı “İcraçı” məsuliyyət daşımır.
7.1. Hazırki Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lazımınca yerinə yetirməyən Tərəf, öhdəliyin yerinə yetirməməsini fors-major hallarının, yəni konkret vaxt hüdudunda meydana gələn qarşısı alınmaz fövqaladə halların səbəbindən baş verməsini sübut etdiyi halda, heç bir məsuliyyət daşımır. Qarşısı alınmaz hallar aşağıdakılardır: təbii fəlakətlər, qəza və s.
7.2. Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq xəbərdar etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.
8.1. Bu Müqaviləyə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər.
8.2. Bu Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir.
8.3. Bu Müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər.
9.1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir.
9.2. İcarçının Müqavilədə göstərilən Xidmətlərin təhvil verilmə müddətinin təyin edilən müddətin 3 gündən artıq uzadılmasına görə, Sifarişçinin isə uyğun sorğu üzrə prosesin 3 gündən artıq uzanmasına görə Müqavilə əlavəsində nəzərdə tutulan ümumi məbləğin 0.1%-i miqdarında formal cərimə öhdəliyi vardır.
9.2 Hazırki Müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.
9.3. Tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq.
10.1. Hazırki Müqavilə ilə tənzimlənməyən müddəalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nizamlanır.
10.2. Hazırki müqaviləyə edilmiş dəyişikliklər və əlavələr Tərəflərin vahid yazılı sənəd şəklində tərtib edilən dəyişikliklər və əlavələr haqqında sazişi imzalaması yolu ilə edilir.
10.3. Hazırki Müqavilə hər biri eyni hüquqi qüvvəyə malik və hər Tərəf üçün bir nüsxə olmaqla, iki nüsxədə tərtib edilir.